Azərbaycan iki ölkədən elektromobil tədarük etməyə başlayıb

Biznes
  • 02 avqust, 2024
  • 07:45
Azərbaycan iki ölkədən elektromobil tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 53,5 milyon ABŞ dolları dəyərində 1 250 ədəd elektromobil idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 40,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 1 028 ədəd (+58 %), Almaniyadan 6,16 milyon ABŞ dolları dəyərində (-24 %) 81 ədəd (-5 %), Amerika Birləşmiş Ştatlarından 3,31 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 99 ədəd (+2,4 dəfə), Böyük Britaniyadan 2 milyon ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Belçikadan 971 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 14 ədəd (+2,8 dəfə) elektromobil alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən (7 min ABŞ dolları dəyərində 1 ədəd) və Cənubi Afrika Respublikasından (127 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 3 min 102 ədəd elektromobilin 82,6 %-i Çinin payına düşüb.