Azərbaycan iki ölkədən dondurulmuş tərəvəz idxalını kəskin artırıb
- 13 avqust, 2025
- 12:42
Bu ilin yanvar-may aylarında Azərbaycan 325 min ABŞ dolları dəyərində 207 ton dondurulmuş tərəvəz (ispanaq, şəkər qarğıdalısı, kartof, noxud, lobya və s.) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 59 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 128,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çox) 98,2 ton (+2,2 dəfə), Polşadan 81,85 min ABŞ dolları dəyərində (+9 %) 41,1 ton (+11 %), Belçikadan 40,1 min ABŞ dolları dəyərində (+4 dəfə) 28 ton (+4,3 dəfə), Türkiyədən 24,8 min ABŞ dolları dəyərində (-31 %) 10,3 ton (-58 %), Fransadan 23 min ABŞ dolları dəyərində (+15 %) 11,2 ton (+15 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 348 ton dondurulmuş tərəvəzin 37 %-i Polşanın, 31 %-i Çinin payına düşüb.