Azərbaycan iki ölkədən buldozer idxalını bərpa edib
- 13 iyun, 2025
- 16:30
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 1,75 milyon ABŞ dolları dəyərində 20 ədəd buldozer gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 % azdır, kəmiyyət olaraq – dəyişməyib.
Hesabat dövründə Azərbaycan Çindən 1,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % azdır) 14 ədəd (-30 %), Tailanddan 183,46 min ABŞ dolları dəyərində 4 ədəd və Yaponiyadan 34,79 min ABŞ dolları dəyərində 2 ədəd buldozer alıb.
Azərbaycan 11 ilin tamamında Britaniyadan, 9 il 2 aylıq fasilənin ardından Niderlanddan tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 77 ədəd buldozerin 91 %-i Çinin payına düşüb.