Azərbaycan iki ölkədən avtomobil şinlərinin idxalını bərpa edib
- 11 may, 2023
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-fevral aylarında 15 milyon ABŞ dolları dəyərində 275 min 520 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 8,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42,4 % çoxdur) 155 min 319 ədəd (+25,3 %), Türkiyədən 3,1 milyon ABŞ dolları dəyərində (+26,1 %) 61 min 47 ədəd (+7,2 %), Koreyadan 672,3 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 17 min 711 ədəd (+4,1 dəfə), Rusiyadan 493,7 min ABŞ dolları dəyərində (-28 %) 9 min 14 ədəd (-38 %), Belarusdan 391 min ABŞ dolları dəyərində (-12,3 %) 16 min 838 ədəd (-1,9 %) məhsul alıb.
Beş il 4 aylıq aradan sonra İsveçrədən (12,82 min ABŞ dolları dəyərində 64 ədəd), 1 il 9 aylıq fasilənin ardından Şri-Lankadan (1,5 min ABŞ dolları dəyərində 2 ədəd) rezin şin tədarükü bərpa edilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın xaricdən (34 ölkədən) aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.