Azərbaycan iki ölkədən antifriz idxalını bərpa edib

Biznes
  • 30 sentyabr, 2024
  • 13:27
Azərbaycan iki ölkədən antifriz idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 2 min 378 ton antifriz idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 3,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 798,84 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,02 % azdır) 873 ton (-3,2 %), Türkiyədən 715 min ABŞ dolları dəyərində (+18 %) 565 ton (+33 %), Almaniyadan 637 min ABŞ dolları dəyərində (-5,7 %) 255 ton (-1,2 %), Belçikadan 380 min ABŞ dolları dəyərində (+15 %) 190 ton (+43 %), Ukraynadan 234 min ABŞ dolları dəyərində (-12,4 %) 235 ton (+7,3 %) məhsul alıb.

Azərbaycan 8 il 5 aylıq fasilənin ardından İrlandiyadan (50,44 min ABŞ dolları dəyərində 1,82 ton), 6 il 2 aylıq aradan sonra Malayziyadan (0,51 min ABŞ dolları dəyərində 0,51 ton) antifriz tədarükünü bərpa edib.