Azərbaycan iki ölkədən alabalıq idxalını bərpa edib
- 01 avqust, 2024
- 13:32
Bu ilin yanvar-may aylarında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 1 137 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 4,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 1 084 ton (+2,4 dəfə), Ukraynadan 167,3 min ABŞ dolları dəyərində (+11 dəfə) 9,9 ton (+15 dəfə), Türkiyədən 136,2 min ABŞ dolları dəyərində (+283 dəfə) 40 ton (+667 %), Belarusdan 35 min ABŞ dolları dəyərində (-26 %) 2 ton (-24 %), Polşadan 8,5 min ABŞ dolları dəyərində 0,03 ton alabalıq alıb.
Azərbaycan 9 il 4 aylıq aradan sonra Almaniyadan (1,6 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 4 aylıq fasilənin ardından Polşadan alabalıq tədarükünü bərpa edib.