Azərbaycan iki ölkədən akkumulyator idxalını bərpa edib
- 24 may, 2023
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 8,762 milyon ABŞ dolları dəyərində 782 min 139 ədəd akkumulyator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 85 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,784 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,6 % çoxdur) 40 min 932 ədəd (+18,6 %), Çindən 1,686 milyon ABŞ dolları dəyərində (+30,6 %) 646 min 154 ədəd (+2,3 dəfə), Qazaxıstandan 1,59 milyon ABŞ dolları dəyərində (+17,6 %) 43 min 580 ədəd (+4,3 %), Rusiyadan 608,7 min ABŞ dolları dəyərində (-25 %) 10 min 373 ədəd (-52,3 %), Vyetnamdan 433,13 min ABŞ dolları dəyərində (+80,4 %) 10 min 420 ədəd (+79 %) məhsul alıb.
Altı il 5 ayın tamamında Banqladeşdən (0,23 min ABŞ dolları dəyərində 90 ədəd) və 3 il 1 aylıq fasilənin ardından Braziliyadan (0,04 min ABŞ dolları dəyərində 3 ədəd) akkumulyator tədarükü bərpa edilib.
2022-ci ildə Azərbaycana (52 ölkədən) idxal olunan 1 milyon 636 min ədəd akkumulyatorun 65,8 %-i Çinin payına düşüb.