Azərbaycan iki ölkədən akkumulyator alışını kəskin artırıb
- 18 sentyabr, 2023
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 19,1 milyon ABŞ dolları dəyərində 1 milyon 570 min 962 ədəd akkumulyator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 78 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 1 milyon 300 min 111 ədəd (+2,2 dəfə), Türkiyədən 3,7 milyon ABŞ dolları dəyərində (+9 %) 80 min 161 ədəd (-3 %), Qazaxıstandan 2,7 milyon ABŞ dolları dəyərində (+19 %) 72 min 82 ədəd (+3,6 %), Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (+1,9 %) 31 min 594 ədəd (-6 %), Belarusdan 1,1 milyon ABŞ dolları dəyərində (+67 %) 26 min 894 ədəd (+69 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (52 ölkədən) idxal olunmuş 1 milyon 636 min ədəd akkumulyatorun 65,8 %-i Çinin payına düşüb.