Azərbaycan İƏT-in məqsəd və vəzifələrinin irəliləməsinə böyük töhfə verir

Azərbaycan İƏT-in məqsəd və vəzifələrinin irəliləməsinə böyük töhfə verir ​​​​​​​Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) məqsəd və vəzifələrinin irəliləməsinə böyük töhfə verir
Biznes
4 Oktyabr , 2024 11:23
Azərbaycan İƏT-in məqsəd və vəzifələrinin irəliləməsinə böyük töhfə verir

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) məqsəd və vəzifələrinin irəliləməsinə böyük töhfə verir.

"Report" xəbər verir ki, bu barədə İƏT-in Baş katibliyinin Bakıda "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"na ünvanladığı müraciətdə qeyd edilib.

Müraciətdə deyilir ki, İƏT xalqları birləşdirən və tarixi baxımdan bir çox ortaq cəhətləri olan regional qurumlardan biridir: “İƏT üzv dövlətlər arasında iqtisadi, ticarət və investisiya əlaqələrindən istifadə etmək üçün böyük potensiala malikdir. Azərbaycan təşkilatın fəal üzvüdür və qurumun məqsəd və vəzifələrinin irəliləməsinə böyük töhfə verir. Əminik ki, bu tədbir həm iştirakçılar, həm də onların təmsil etdiyi qurumlar üçün çox faydalı olacaq".

Son xəbərlər

Orphus sistemi