Azərbaycan içki ixracını 55% azaldıb

Azərbaycan içki ixracını 55% azaldıb Bu Azərbaycanın ümumi ixracının 0,09%-ni təşkil edib
Biznes
682
30 Oktyabr , 2020 17:33
Azərbaycan içki ixracını 55% azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 9 mln 087,38 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 mln 187,81 min ABŞ dolları və yaxud 55,18% azdır.

Bu ilin 9 ayında içki ixracı ümumi ixracın 0,09%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 48 mln 744,09 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 4 mln 353,12 min ABŞ dolları və yaxud 8,2% azdır. İçki idxalı ümumi idxalın 0,62%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanın 9 aylıq ticarət dövriyyəsinin 10,58 mlrd ABŞ dolları ixracın, 7,824 mlrd ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Orphus sistemi