Azərbaycan I yarımildə Sverdlovskdan 20 ton dondurma idxal edib

Biznes
  • 21 iyul, 2023
  • 08:40
Azərbaycan I yarımildə Sverdlovskdan 20 ton dondurma idxal edib

Bu ilin I yarısında Azərbaycanın Rusiyanın Sverdlovsk vilayətindən 20 ton dondurma idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 % çoxdur.

Hesabat dövründə Sverdlovskdan Azərbaycana ixrac edilmiş dondurmanın dəyəri isə 2 dəfə artaraq 64 min ABŞ dollarına çatıb.

44 filmi