Azərbaycan I yarımildə Saratovdan 141 min ton ərzaqlıq buğda alıb
- 04 iyul, 2023
- 08:06
Bu ilin I yarısında Azərbaycan Rusiyanın Saratov vilayətindən 140,7 min ton ərzaqlıq buğda idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə "Rosselxoznadzor"un Saratov və Samara vilayətləri üzrə İdarəsi xaricə satılmış 545,6 min ton taxıl və onun emalı məhsullarını yoxlayıb. Bunun 77,8 %-i və yaxud 424,4 min tonu Saratov vilayətinin, 22,2 %-i və yaxud 121,2 min tonu isə Samara vilayətinin payına düşüb.
6 ayda Saratovdan ixrac edilən məhsulların 368,4 min tonu dənli və paxlalı bitki, 56 min tonu taxıl emalı məhsulları, Samaradan ixrac edilən məhsulların isə 88,6 min tonu dənli və paxlalı bitkilər, 32,6 min ton taxıl emalı məhsulları olub.