“Report” xəbər verir ki, bu barədə postun rəisi Habil Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, bayram günlərində və dini ziyarətlər olan vaxt bu rəqəm 10 minə çatır: “Artım əsasən Kərbəla ziyarətləri vaxtı baş verir. Adi günlərdə 50-60, ziyarət günlərində isə 300-400 avtobusun keçidini təmin etmişik”.
Gömrük rəsmisi həmçinin deyib ki, gün ərzində sərhəddən 300-400 yük maşını, 30-50 minik maşını keçir.
“Sərnişin nəqliyyat xəttində sıxlıq müşahidə edilmir”, - o qeyd edib.