Bakı. 5 mart. REPORT.AZ/ Hazırda "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) biznes layihələrində iştirak payı 20-25% təşkil edir.
"Report" xəbər verir ki, bunu şirkətin ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib.
Məsələn, onun sözlərinə görə, AİŞ 2012-2015-ci illərdə dəyəri 300 mln. avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10% payla uğurla iştirak edib. Şirkətin hazırdaa payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 mln. dollar olan Bakı Gəmiqayırma Zavodudur.
"Bu zavod yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Zavod indiyə qədər 3 sərnişin gəmisi istehsal edib, həmçinin ötən il Xankəndi yük gəmisinin tikintisini reallaşdırıb. Bu gəmi "Şahdəniz "layihəsinin icrasına cəlb ediləcək".