Azərbaycan Honkonqdan elektrik sayğacları tədarük etməyə başlayıb
- 17 oktyabr, 2024
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 193 min 716 ədəd elektrik enerjisi sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 9 % çoxdur, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 100 min 82 ədəd (+23 %), Türkiyədən 1,55 milyon ABŞ dolları dəyərində (+3 %) 111 min 210 ədəd (-27 %), İtaliyadan 10,5 min ABŞ dolları dəyərində (-79 %) 76 ədəd (-67 %), Amerika Birləşmiş Ştatlarında 5,5 min ABŞ dolları dəyərində (-49 %) 2 ədəd (-87 %), Kanadadan 3,7 min ABŞ dolları dəyərində 1 ədəd cihaz alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Honkonqdan (0,65 min ABŞ dolları dəyərində 20 ədəd) tədarük həyata keçirilib.