“Uzun müddətdir ki, üzərində işlədiyimiz kiçik və orta biznesin (KOB) İnkişaf Fondunun yaradılması layihəsi hazırda hökumətdaxili razılaşdırma mərhələsindədir".
“Report” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Mehman Abbas deyib.
"Fondun fəaliyyətə başlaması ilə KOB-ların maliyyələşdirilməsində effektiv mexanizimin formalaşacağını gözləyirik. Koronavirus (COVID-19) pandemiyası fəaliyyət gündəliyinə yeniliklər gətirib. Ötən il bütün dünyada ümumi daxili məhsulun 4% azalması Azərbaycandan da yan keçməyib. Pandemiyanın biznes mühitinə kəskin təsiri olub", - o qeyd edib.