Azərbaycan Hindistandan qaz sayğaclarının alışını bərpa edib
- 28 fevral, 2024
- 07:38
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində 97 min 773 ədəd qaz sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 76 % azdır.
Hesabat dövründə Azərbaycan Slovakiyadan 2,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 dəfə çox) 92 min 217 ədəd (+1 072 dəfə), Almaniyadan 219 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 3 min ədəd (+15 dəfə), Türkiyədən 205 min ABŞ dolları dəyərində (-29 %) 2 min ədəd (-54 %), Polşadan 121 min ABŞ dolları dəyərində (-19 %) 132 ədəd (-37 %), Çindən 8,4 min ABŞ dolları dəyərində (-99,94 %) 337 ədəd (-99,92 %) sayğac alıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Hindistandan (0,15 min ABŞ dolları dəyərində 2 ədəd) qaz sayğaclarının tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 400 min 492 ədəd qaz sayğacının 98,8 %-i Çinin payına düşüb.