Azərbaycan Hindistandan çay idxalını kəskin artırıb
- 31 iyul, 2024
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 25 milyon ABŞ dolları dəyərində 5 min ton qara çay idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycana Şri-Lankadan 17,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 3 min 325 ton (-20 %), Rusiyadan 4,3 milyon ABŞ dolları dəyərində (+44 %) 755 ton (+54 %), Hindistandan 2,2 milyon ABŞ dolları dəyərində (+76 %) 691 ton (+88 %), Keniyadan 451 min ABŞ dolları dəyərində (-40 %) 146 ton (+1,4 %), İrandan 198 min ABŞ dolları dəyərində (+19 %) 33 ton (+14 %) məhsul gətirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 13 min 488 ton qara çayın 76 %-i Şri-Lankanın, 10,5 %-i Hindistanın payına düşüb.