Azərbaycan Gürcüstanla sərhəddə yeni ticarət ofisi yaradacaq

Azərbaycan Gürcüstanla sərhəddə yeni ticarət ofisi yaradacaq Azərbaycanda idxal-ixrac üçün tələb olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb
Biznes
8 İyun , 2017 12:23
Azərbaycan Gürcüstanla sərhəddə yeni ticarət ofisi yaradacaq
Report.az

Bakı. 8 iyun. REPORT.AZ/ Əgər bir neçə il bundan əvvəl idxal üçün 11 sənəd tələb olunurdusa, hazırda bu rəqəm 4-ə düşüb. 

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan biznes-forumunda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib.

O, həmçinin bildirib ki, ixrac üçün tələb olunan sənədlərin də sayı əhəmiyyətli dərəcədə azaldılıb və hazırda 3-ə düşüb.

DGK rəsmisi Azərbaycanın Gürcüstanla sərhədində yeni ticarət ofisinin yaradılacağını da qeyd edib. 

"Gömrük sahəsində aparılan islahatlar sırasında elektron bəyannamələrlə bağlı məsələlər xüsusi yer tutur. Bu gün biz gömrük bəyannamələrinin 98%-nin elektron şəkildə verilməsinə nail olmuşuq", - deyə Ş.Bağırov fikrini tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi