Azərbaycan Gürcüstanın yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb

Biznes
  • 19 oktyabr, 2023
  • 08:00
Azərbaycan Gürcüstanın yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 115,687 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da illik müqayisədə 5,3 % çoxdur.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana ixrac qonşu ölkənin 9 aylıq yerli məhsul ixracının 5,3 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 2 milyard 172,706 milyon ABŞ dolları dəyərində yerli istehsal mal ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 22,5 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (412,28 milyon ABŞ dolları; 5,4 % çox), Türkiyə (290,454 milyon ABŞ dolları; 10,7 % az), Çin (235,04 milyon ABŞ dolları; 56,6 % az), Bolqarıstan (211,984 milyon ABŞ dolları; 27,8 % az) və Ermənsitan (116,224 milyon ABŞ dolları; 12,2 % az) olub.

44 filmi