Azərbaycan Gürcüstanın tütün və tütün əvəzediciləri satdığı ikinci əsas bazardır
- 24 yanvar, 2024
- 06:34
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycana 35,5 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 37 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın tütün və tütün əvəzediciləri ixrac etdiyi 22 ölkə arasında 2-ci sırada qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 113 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri satıb ki, bu da bir il əvvəlki göstəricidən 16,5 % çoxdur.
Ötən il Gürcüstan Qırğızıstana 50 milyon ABŞ dolları, Qazaxıstana 18 milyon ABŞ dolları, İrana 2,73 milyon ABŞ dolları, Özbəkistana isə 2,1 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri tədarük edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xarici ölkələrə 97 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri satıb ki, bunun da 26 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.