Azərbaycan Gürcüstanın şüşə və şüşə qablar ixrac etdiyi əsas ölkə olub

Biznes
  • 24 yanvar, 2024
  • 13:34
Azərbaycan Gürcüstanın şüşə və şüşə qablar ixrac etdiyi əsas ölkə olub

2023-cü ildə Gürcüstan Azərbaycana 1,7 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 16 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın şüşə və şüşə qablar ixrac etdiyi 42 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 4,1 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar satıb ki, bu da bir il əvvəlki göstəricidən 9 % azdır.

Ötən il Gürcüstandan Ermənistana 1,41 milyon ABŞ dolları, Qazaxıstana 169 min ABŞ dolları, Rusiyaya 118 min ABŞ dolları, İrana 104 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 4,5 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar ixrac edib ki, bunun da 2,1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.