Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi ikinci əsas bazardır

Biznes
  • 20 noyabr, 2023
  • 12:14
Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi ikinci əsas bazardır

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 89 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 17 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi ölkələr (102) sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1 milyard ABŞ dolları dəyərində qida və içki satıb ki, bu da bir il əvvəlki göstəricidən 19 % çoxdur.

2023-cü ilin 10 ayı ərzində Gürcüstandan Rusiyaya 393 milyon ABŞ dolları dəyərində, Ermənistana 81 milyon ABŞ dolları dəyərində, Qazaxıstana 52 milyon ABŞ dolları dəyərində, İraqa 51 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 844 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib ki, bunun da 77 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 43 % artıb.

44 filmi