Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi əsas ölkələrdən olub

Biznes
  • 21 fevral, 2024
  • 09:02
Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi əsas ölkələrdən olub

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 4,35 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 79,3 milyon ABŞ dolları dəyərində qida və içki satıb ki, bu da bir il əvvəlki göstəricidən 11 % çoxdur.

Ötən ay Gürcüstandan Rusiyaya 35,4 milyon ABŞ dolları, Ermənistana 7,5 milyon ABŞ dolları, Ukraynaya 5,15 milyon ABŞ dolları, Almaniyaya 3,3 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 1,2 milyard ABŞ dolları dəyərində qida və içki ixrac edib ki, bunun da 105 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.