Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi əsas bazar olub

Biznes
  • 20 dekabr, 2023
  • 08:11
Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi əsas bazar olub

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 20,8 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 50 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi ölkələr (69) sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 81,22 milyon ABŞ dolları dəyərində sözügedən məhsul satıb ki, bu da bir il əvvəlki göstəricidən 1,2 % çoxdur. O cümlədən, Gürcüstandan Ermənistana 19,3 milyon ABŞ dolları dəyərində, Türkiyəyə 6,61 milyon ABŞ dolları dəyərində, Qazaxıstana 4,71 milyon ABŞ dolları dəyərində, Polşaya 4,17 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 90 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib ki, bunun da 15,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 61 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti