Azərbaycan Gürcüstanın plastik və rezin məmulat ixrac etdiyi əsas ölkə olub
- 20 oktyabr, 2023
- 09:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 17,5 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 58 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi ölkələr (67) sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 69,1 milyon ABŞ dolları dəyərində sözügedən məhsul satıb ki, bu da bir il əvvəlki göstəricidən 4,4 % çoxdur. O cümlədən, Gürcüstandan Ermənistana 15,7 milyon ABŞ dolları dəyərində, Türkiyəyə 5,14 milyon ABŞ dolları dəyərində, Qazaxıstana 4,6 milyon ABŞ dolları dəyərində, Polşaya 4 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 90 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib ki, bunun da 15,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 61 % artıb.