Azərbaycan Gürcüstanın içki və tütün tədarük etdiyi əsas bazarlardan biridir
- 22 iyun, 2024
- 11:36
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 7,77 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 8 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 105 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 8,2 % çoxdur.
Bu ilin ilk 5 ayında Gürcüstan Litvadan 18,2 milyon ABŞ dolları, Türkiyədən 14,42 milyon ABŞ dolları, Ermənistandan 7,32 milyon ABŞ dolları, Rusiyadan 4,85 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.