Azərbaycan Gürcüstanın ən çox əczaçılıq məhsulları satdığı ikinci ölkədir

Biznes
  • 21 fevral, 2024
  • 06:36
Azərbaycan Gürcüstanın ən çox əczaçılıq məhsulları satdığı ikinci ölkədir

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 2,25 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 74 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın əczaçılıq məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 7,3 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 89 % çoxdur.

Ötən ay Gürcüstan Özbəkistana 3,3 milyon ABŞ dolları, Rusiyaya 389 min ABŞ dolları, Türkmənistana 300 min ABŞ dolları, Qırğızıstana 288 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 140 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bunun da 27 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.