Azərbaycan Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Biznes
  • 24 yanvar, 2024
  • 07:31
Azərbaycan Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

2023-cü ildə Gürcüstan Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 62 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın balıq ixrac etdiyi 6 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 3 milyon ABŞ dolları dəyərində balıq satıb ki, bu da bir il əvvəlki göstəricidən 10 % azdır. O cümlədən, Gürcüstandan Ermənistana 831 min ABŞ dolları, Ukraynaya 350 min ABŞ dolları, Qazaxıstana 345 min ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 8,5 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 3,2 milyon ABŞ dolları dəyərində balıq ixrac edib ki, bunun da 854 min ABŞ dolları Azərbaycanın payına düşüb.