Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını 3 dəfə artırıb

Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını 3 dəfə artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 7,2 milyon ABŞ dolları dəyərində 1 104 ədəd yük maşını idxal edib.
Biznes
21 İyun , 2021 17:37
Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 7,2 milyon ABŞ dolları dəyərində 1 104 ədəd yük maşını idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitələrinin sayı illik müqayisədə 679 ədəd və yaxud 2,6 dəfə artıb.

İlk beş ayda qonşu ölkədən Azərbaycana ixrac olunan traktorların sayı isə 2,6 dəfə artaraq 36 ədəd təşkil edib. Kənd təsərrüfatı texnikasının dəyəri 478 min ABŞ dollarına bərabər olub.

Son xəbərlər

Orphus sistemi