Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 17 % artırıb

Biznes
  • 19 fevral, 2024
  • 13:01
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 17 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 8,045 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycana ixrac qonşu ölkənin illik yerli məhsul ixracının 5,1 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 158,171 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 38,9 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (33,704 milyon ABŞ dolları; 56,1 % az), Türkiyə (26,311 milyon ABŞ dolları; 4,3 % az), Çin (17,865 milyon ABŞ dolları; 37,2 % az), Ukrayna (7,848 milyon ABŞ dolları; 86,6 % çox), Ermənistan (7,410 milyon ABŞ dolları; 32 % az) və İsvecrə (6,229 milyon ABŞ dolları; 12,1 % az) olub.

44 filmi