Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 11 % azaldıb
- 20 aprel, 2024
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 24,079 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 605,589 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 21 % azdır.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (132,078 milyon ABŞ dolları; 6,6 % az), Türkiyə (82,323 milyon ABŞ dolları; 11,9 % az), Çin (56,478 milyon ABŞ dolları; 54,2% az) və Ermənistan (32,003 milyon ABŞ dolları; 21,7 % az) olub.