Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 10 %-dən çox azaldıb
- 20 may, 2024
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 32,702 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,1 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 805,91 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,3 % azdır.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (189,432 milyon ABŞ dolları; 6,1 % çox), Türkiyə (106,331 milyon ABŞ dolları; 12,9 % az), Çin (68,232 milyon ABŞ dolları; 53,9 % az) və Ermənistan (43,662 milyon ABŞ dolları; 15,7 % az) olub.