Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb
- 21 oktyabr, 2024
- 08:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 100,524 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,9 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 2 milyard 40,329 milyon ABŞ dolları dəyərində yerli istehsal mallarını ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,9 % azdır.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (420,206 milyon ABŞ dolları; 2 % çox), Türkiyə (304,418 milyon ABŞ dolları; 7,8 % çox), Çin (210,074 milyon ABŞ dolları; 10,6 % az), Ermənistan (114,611 milyon ABŞ dolları; 5,1 % çox) və ABŞ (88,626 milyon ABŞ dolları; 30,9 % çox) olub.