Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 3 % azaldıb
- 20 yanvar, 2025
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan Gürcüstandan 141,465 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 3 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,7 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 3 milyard 007,08 milyon ABŞ dolları dəyərində yerli istehsal malları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5 % çoxdur.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (653,36 milyon ABŞ dolları; 16,8 % çox), Türkiyə (402,483 milyon ABŞ dolları; 17,2 % çox), Çin (273,448 milyon ABŞ dolları; 1,3 % çox) və Ermənistan (196,926 milyon ABŞ dolları; 18,4 % çox) olub.