Azərbaycan Gürcüstandan toxumluq buğda idxalını bərpa edib

Biznes
  • 09 fevral, 2024
  • 08:27
Azərbaycan Gürcüstandan toxumluq buğda idxalını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 2,1 milyon ABŞ dolları dəyərində 4 min 324 ton toxumluq buğda idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 % azdır, kəmiyyət olaraq – 4,4 % çoxdur.

Hesabat dövründə Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % azdır) 3 min 540 ton (+2,5 %), Türkiyədən 622 min ABŞ dolları dəyərində (+4,5 %) 745 ton (+12 %), Avstriyadan 169,4 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 18 ton (+4,5 dəfə) və Gürcüstandan 12 min ABŞ dolları dəyərində 21 ton məhsul alınıb.

Azərbaycan 6 il 9 aylıq fasilənin ardından Gürcüstandan toxumluq buğda idxalını bərpa edib.