Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 45 % artırıb

Biznes
  • 22 iyun, 2024
  • 09:54
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 45 % artırıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 1,83 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 45 % çoxdur.

Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 97 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları göndərilib ki, bu da bir il əvvəlki göstəricidən 20 % çoxdur. O cümlədən Gürcüstan Rusiyaya 18,5 milyon ABŞ dolları dəyərində, Ermənistana 16 milyon ABŞ dolları dəyərində, Çinə 15,8 milyon ABŞ dolları dəyərində, İspaniyaya 6,2 milyon ABŞ dolları dəyərində, Almaniyaya 5,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 265 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları satıb ki, bunun da 3,5 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 - Tezliklə