Azərbaycan Gürcüstandan tekstil və tekstil məmulatları alışına çəkdiyi xərci 44 % artırıb

Biznes
  • 19 oktyabr, 2023
  • 13:44
Azərbaycan Gürcüstandan tekstil və tekstil məmulatları alışına çəkdiyi xərci 44 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 15,52 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 44 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın tekstil və tekstil məmulatları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 178 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 3,3 % azdır. O cümlədən, Gürcüstandan Türkiyəyə 95,1 milyon ABŞ dolları dəyərində, Ermənistana 30,9 milyon ABŞ dolları dəyərində, Polşaya 8 milyon ABŞ dolları dəyərində, Çexiyaya 6,1 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 240 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib ki, bunun da 14,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 6,4 % azalıb.