Azərbaycan Gürcüstandan şüşə tara idxalını 3 dəfə artırıb

Biznes
  • 06 avqust, 2024
  • 13:36
Azərbaycan Gürcüstandan şüşə tara idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 13,85 milyon ABŞ dolları dəyərində 85,3 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,3 % azdır, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 11,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,1 % azdır) 70,3 milyon ədəd (+11,3 %), Gürcüstandan 919 min ABŞ dolları dəyərində (+3 dəfə) 5 milyon ədəd (+3 dəfə), Türkiyədən 597 min ABŞ dolları dəyərində (-57 %) 2,8 milyon ədəd (-41 %), Ukraynadan 425 min ABŞ dolları dəyərində (+2,7 %) 759 min ədəd (+2 %), Çindən 278 min ABŞ dolları dəyərində (+22,4 %) 4,6 milyon ədəd (+28 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 27 ölkədən idxal edilmiş 32 milyon ABŞ dollarlıq şüşə taranın 81 %-i Türkiyənin payına düşüb.