Azərbaycan Gürcüstandan konservləşdirilmiş mal əti alışını bərpa edib

Biznes
  • 05 dekabr, 2023
  • 10:14
Azərbaycan Gürcüstandan konservləşdirilmiş mal əti alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 409 ton mal ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 38 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 570 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 83 % azdır) 270 ton (-57 %), Ukraynadan 367 min ABŞ dolları dəyərində (+92 dəfə) 87,42 ton (+174 dəfə), Türkiyədən 129,75 min ABŞ dolları dəyərində (-30 %) 12,2 ton (-38 %), Belarusdan 108,1 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 19,2 ton (+2,5 dəfə), Gürcüstandan 79,3 min ABŞ dolları dəyərində 19,5 ton məhsul alıb.

Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Gürcüstandan tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti