Azərbaycan Gürcüstandan dəmir və polad məftil alışını 63 dəfə artırıb
- 07 dekabr, 2023
- 09:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 11,6 milyon ABŞ dolları dəyərində 11 min 303 ton dəmirdən və ya aşqarlanmamış poladdan məftil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % azdır, kəmiyyət olaraq – 0,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 5,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 5 min ton (-0,5 %), Rusiyadan 3,6 milyon ABŞ dolları dəyərində (+11 %) 4 min ton (+47 %), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (-48 %) 1 min 686 ton (-42 %), Gürcüstandan 355 min ABŞ dolları dəyərində (+56 dəfə) 378 ton (+63 dəfə), Çindən 153 min ABŞ dolları dəyərində (-50 %) 129 ton (-50 %) məmulat alıb.
2022-ci ildə Azərbaycana (18 ölkədən) idxal edilmiş 16,5 min ton dəmir və polad məftilin 50 %-i İranın, 23,7 %-i Türkiyənin, 22,8 %-i Rusiyanın payına düşüb.