Azərbaycan Gürcüstandan dəmir və polad məftil alışını 100 dəfəyə yaxın artırıb
- 09 mart, 2024
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana 15,4 milyon ABŞ dolları dəyərində 15 min 518 ton dəmirdən və ya aşqarlanmamış poladdan məftil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 6,78 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 6 min 793 ton (-18 %), Rusiyadan 4,74 milyon ABŞ dolları dəyərində (+13 %) 5 min 299 ton (+41 %), Türkiyədən 3 milyon ABŞ dolları dəyərində (-40 %) 2 min 598 ton (-33 %), Gürcüstandan 537,5 min ABŞ dolları dəyərində (+84 dəfə) 585,5 ton (+98 dəfə), Çindən 258,2 min ABŞ dolları dəyərində (-22 %) 219 ton (-19 %) məmulat alıb.
2022-ci ildə Azərbaycana (18 ölkədən) idxal edilmiş 16,5 min ton dəmir və polad məftilin 50 %-i İranın, 23,7 %-i Türkiyənin, 22,8 %-i Rusiyanın payına düşüb.