Azərbaycan Gürcüstandan avtomobillərin ehtiyat hissələrinin alışını 37 % azaldıb

Biznes
  • 26 aprel, 2024
  • 13:05
Azərbaycan Gürcüstandan avtomobillərin ehtiyat hissələrinin alışını 37 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 692 min ABŞ dolları dəyərində 24 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq 37 % azdır.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 3 milyon ABŞ dolları dəyərində 150 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % çox və 24 % azdır. O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 620 min ABŞ dolları dəyərində 63 ton, Cənubi Koreyaya 500 min ABŞ dolları dəyərində 7 ton, Ermənistana 392 min ABŞ dolları dəyərində 35 ton, Türkiyəyə 302 min ABŞ dolları dəyərində 8 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti