Azərbaycan Gürcüstandan avtomobil mühərriki idxalını 2 %-dək artırıb
- 21 fevral, 2023
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 29,292 milyon ABŞ dolları dəyərində avtomobil mühərriki idxal edib.
“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Gürcüstandan idxal etdiyi bu məhsulun həcmi isə illik müqayisədə 1,9 % artaraq 2,436 min tona çatıb.
Ötən ayda Gürcüstan Rusiyaya 7,087 milyon ABŞ dolları dəyərində 507 ton avtomobil mühərriki ixrac edib ki, bu da, illik müqayisədə müvafiq olaraq 8,5 dəfə və 5,3 dəfə çoxdur.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.
Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.