Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaldıb
- 26 aprel, 2024
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 48,5 milyon ABŞ dolları dəyərində 2 min 601 ədəd avtomobil ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 65 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi 35 ölkə sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 444 milyon ABŞ dolları dəyərində 20 min 640 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 8 % çoxdur və 8 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 222 milyon ABŞ dolları dəyərində 5 min 803 ədəd, Qazaxıstana 129 milyon ABŞ dolları dəyərində 9 min 714 ədəd, Ermənistana 22 milyon ABŞ dolları dəyərində 1 min 393 ədəd, Belçikaya 5,53 milyon ABŞ dolları dəyərində 104 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.