Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb Tbilisi. 5 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4 754 ədəd avtomobil idxal edib.
Biznes
5 Sentyabr , 2018 13:23
Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb

Tbilisi. 5 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4 754 ədəd avtomobil idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycana ixrac olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin ümumi dəyəri 84 471,6 min ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 3,3 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi