Azərbaycan Gürcüstandan araxis tədarük etməyə başlayıb

Biznes
  • 29 dekabr, 2023
  • 07:07
Azərbaycan Gürcüstandan araxis tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1,91 milyon ABŞ dolları dəyərində 567 ton konservləşdirilmiş araxis idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 46 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 1,13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 339 ton (-26 %), Türkiyədən 297 min ABŞ dolları dəyərində (-62 %) 68 ton (-84 %), Rusiyadan 182 min ABŞ dolları dəyərində (+3 %) 72 ton (-3 %), Ukraynadan 152 min ABŞ dolları dəyərində (+2 dəfə) 32 ton (+88 %), Birləşmiş Ərəb Əmirliklərindən 31 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 9,2 ton (+3,2 dəfə) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstandan (0,72 min ABŞ dolları dəyərində 0,13 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti