Azərbaycan Gürcüstandan yaşıl çay tədarükünü bərpa edib

Biznes
  • 01 mart, 2024
  • 14:00
Azərbaycan Gürcüstandan yaşıl çay tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 188 ton yaşıl çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 406 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % az) 48 ton (-27 %), Çindən 324 min ABŞ dolları dəyərində (-19 %) 92 ton (-20 %), Birləşmiş Ərəb Əmirliklərindən 145 min ABŞ dolları dəyərində (+25 %) 13 ton (+18 %), İrandan 129 min ABŞ dolları dəyərində (+86 %) 19 ton (+90 %), Türkiyədən 126 min ABŞ dolları dəyərində (-11 %) 8,4 ton (+6 %) məhsul alıb.

Azərbaycan 2 il 11 ayın tamamında Gürcüstandan (3,2 min ABŞ dolları dəyərində 0,1 ton) yaşıl çay tədarükünü bərpa edib.