Azərbaycan Gürcüstana şüşə tara ixracını kəskin artırıb
- 23 avqust, 2023
- 10:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 17,131 milyon ABŞ dolları dəyərində 98 milyon 618 min ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Azərbaycan Rusiyadan 13,843 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 81,418 milyon ədəd (+28,4 %), Türkiyədən 1,645 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 5,547 milyon ədəd (+2,6 dəfə), Gürcüstandan 529 min ABŞ dolları dəyərində (-31 %) 2,851 milyon ədəd (-46,6 %), Çindən 276,2 min ABŞ dolları dəyərində (+6 dəfə) 4 milyon ədəd (+39 dəfə), Özbəkistandan 175,1 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 591,23 min ədəd (+39 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 582 min ABŞ dolları dəyərində (+9 dəfə) 2,2 milyon ədəd (+60 %) şüşə tara ixrac edib.
Azərbaycan Gürcüstana 329,36 min ABŞ dolları dəyərində (+10 dəfə) 930,72 min ədəd (+13 dəfə), Moldovaya 193,22 min ABŞ dolları dəyərində 587,14 min ədəd (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 54,12 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 630 min ədəd (-50 %), Türkiyəyə 4,96 min ABŞ dolları dəyərində (-60 %) 46,8 min ədəd (-10 %), Almaniyaya 0,02 min ABŞ dolları dəyərində 0,4 min ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilən 321 min ABŞ dolları dəyərində şüşə taranın 43,6 %-i Gürcüstanın, 37,7 %-i Rusiyanın payına düşüb.