Azərbaycan Gürcüstana günəbaxan yağı ixracını 4 dəfədən çox artırıb

Biznes
  • 12 iyun, 2024
  • 13:19
Azərbaycan Gürcüstana günəbaxan yağı ixracını 4 dəfədən çox artırıb

Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 738 ton günəbaxan yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 56 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 807 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çoxdur) 553 ton (+29 %), Gürcüstana 240 min ABŞ dolları dəyərində (+3 dəfə) 179 ton (+4,2 dəfə), Qırğızıstana 5 min ABŞ dolları dəyərində 3,6 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 2,1 min ABŞ dolları dəyərində (+1 %) 1,6 ton (+37 %) və Kanadaya 0,3 min ABŞ dolları dəyərində (-56 %) 0,2 ton (-42 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 8 ölkəyə ixrac edilmiş 2 min 379 ton günəbaxan yağının 69,2 %-i İraqın payına düşüb.

44 filmi